AZPROMO və Çexiya Sənaye Konfederasiyası Anlaşma Memorandumu imzalayıb
Far.Az xəbər saytı

AZPROMO və Çexiya Sənaye Konfederasiyası Anlaşma Memorandumu imzalayıb


İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) və Çexiya Sənaye Konfederasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

"Far.Az" AZPROMO-ya istinadən xəbər verir ki, sənədə iki qurumun nümayəndələrinin keçirdiyi görüşdə imza atılıb.

Görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı, iki ölkənin işgüzar dairələri arasında birbaşa təmasların artırılması müzakirə olunub.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, Azərbaycan biznesinin Çexiya bazarına çıxışının dəstəklənməsi və çex şirkətləri ilə əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının önəmini diqqətə çatdırıb.

Çexiya Sənaye Konfederasiyasının prezidenti Yan Rafay ölkəsinin sənaye və texnologiya sahələrində təcrübəsindən danışıb, Çexiyanın Avropa bazarları və təchizat zəncirləri ilə sıx əlaqələrinin mövcudluğunu vurğulayıb.

Görüşdə məlumat mübadiləsinin aparılması, qarşılıqlı maraq doğuran sektorların müəyyənləşdirilməsi və işgüzar dairələr arasında münasibətlərin inkişafı üzrə növbəti addımların atılmasına dair razılıq əldə olunub.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər