İshaq Dar və Böyük Britaniyanın XİN rəhbəri regional vəziyyəti müzakirə ediblər
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar Böyük Britaniyadan olan həmkarı İvett Kuper ilə telefonla danışıb və regional vəziyyəti müzakirə edib.
"Far.Az" xəbər verir ki, bu barədə Pakistyan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Pakistanın regionda sülh və sabitlik uğrunda davamlı səyləri yüksək qiymətləndirilib. "Pakistanın tərəflər arasında dialoq, diplomatiya və konstruktiv qarşılıqlı fəaliyyətin təşviqinə sadiqliyi bir daha təsdiqlənib", - məlumatda bildirilib və əlavə edilib ki, hər iki tərəf sıx əlaqədə qalmaq barədə razılığa gəlib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparmağa çalışıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir
-
İsrail Livanın cənubunda "Hizbullah"ın iki tunelini məhv edib
-
Ürək döyüntülərinin artması, əllərin əsməsi və ... - Həkimdən XƏBƏRDARLIQ
-
Mikayıl Cabbarov: "Özəl sektorda olan resurslar sonsuz deyil"













