"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
"Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər şəxslər iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirilib.
AŞF prezidenti Mahir Məmmədov iştirakçılara uğurlar arzulayıb. O, "Baku Open"in ənənəvi olaraq 2023-cü ildən təşkil olunduğunu xatırladıb:
"Bu festival münasibətilə şahmatsevərləri təbrik edirəm. Burada hər yaş qrupundan şahmatçı var. Turnirə rekord sayda iştirakçı qatılıb. Sizə ədalətli oyun və qələbələr arzulayırıq".
Ardınca Azərbaycan Şahmat Turu-2026-nın tanıtım videosu təqdim edilib.
Gənclər və idman naziri Fərid Qayıbov idman və şahmat bayramı münasibətilə təbriklərini çatdırıb:
"Azərbaycanda şahmat ənənələri çox böyükdür. Bu idman növündə böyük nəticələrimiz var. Azərbaycan Şahmat Federasiyası bu idman növünün təbliğatı və inkişafı üçün tədbirlər, yarışlar təşkil edir. Bu gün cənab Prezident İlham Əliyev Avropa çempionatında fərqlənən güləşçiləri qəbul edib. Bu, bütün idmançılar üçün motivasiyadır. Bütün iştirakçılara uğurlar arzulayıram".
Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.
Turnirə sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Daniil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd də qatılıblar.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













