Bolqarıstan Ukrayna ilə təhlükəsizlik sazişini ləğv edə bilər
Bolqarıstanda "Dirçəliş" partiyası Ukrayna ilə 10 illik təhlükəsizlik sazişinin ləğvi barədə qətnamə layihəsini parlamentə təqdim edib.
"Report" xəbər verir ki, bu barədə yerli "Novinite" portalı məlumat yayıb.
Təşəbbüsü sazişin parlamentin təsdiqi olmadan bağlandığı üçün etibarsız olduğunu hesab edən deputat Petar Petrov irəli sürüb. Onun sözlərinə görə, qətnamə layihəsi parlament adından fəaliyyət göstərən Nazirlər Şurasını müvəqqəti hökumət tərəfindən imzalanmış sazişi ləğv etməyə məcbur edəcək.
Paralel olaraq, partiya Avropa İttifaqının Ukraynaya dəstək mexanizmi ilə bağlı 1,2 milyard avro məbləğində dövlət zəmanətlərinə Bolqarıstanın verdiyi razılığın geri alınması haqqında da qətnamə layihəsi təqdim edib.
"Dirçəliş" partiyası hesab edir ki, vəsaitlərin qaytarılması sxemi dəqiq ödəniş zəmanəti olmadan Bolqarıstan üçün maliyyə riskləri yaradır. "Biz hesab edirik ki, bu pullar ilk növbədə Bolqarıstan vətəndaşlarının ehtiyaclarına yönəldilməlidir", - Petrov vurğulayıb.
O, partiyanın mövqeyini ölkədəki iqtisadi vəziyyət, o cümlədən inflyasiya, qiymət artımı və büdcə kəsiri ilə izah edib.
Qətnamə layihələrinin qanunvericilik prosesi çərçivəsində deputatlar tərəfindən müzakirə olunacağı gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
ADNA-da törədilən terror aktından 17 il ötür
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
-
Putin və Tramp arasında telefon danışığı olub













