Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk günü başa çatıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirdə gənclər kateqoriyasında dörd proqramda ilk mükafatçılar bəlli olub.
Halqalarda Kseniya Savinova (AİN) qızıl, Patrisiya Stançiu (Rumıniya) gümüş, Sofiya Kulikova (Ukrayna) bürünc medal qazanıb.
Topla hərəkətlərin icrasında Kseniya Savinova (AİN) birinci, Aleksandra Petrova (Bolqarıstan) ikinci, Sabina Kagirova (Özbəkistan) üçüncü yeri tutub.
Gürz proqramında Nita Jamagidze (Gürcüstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İana Zaikina (AİN) gümüş, Sofia Krainska (Ukrayna) bürünc mükafata sahib çıxıb. Lentlərdə isə İana Zaikina (AİN) birinci, Dea Emilova (Bolqarıstan) ikinci, Alis Rozenberq (İsrail) üçüncü olub.
***18:48
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi baş tutub.
Far.Az "Report"a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.
Ardınca gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb:
"Növbəti idman bayramına xoş gəlmisiniz. Ölkəmizdə idman son illər inkişaf edir. Məhz bu həftə Azərbaycanda üç beynəlxalq turnir baş tutur. Hər üçü də ənənəvi yarışdır. Bu cür tədbirlər idmanın təbliği üçün önəmlidir. Azərbaycanda idman dövlət siyasətidir. Dövlət başçısı da idmana xüsusi diqqət ayırır. Milli Gimnastika Arenasında hər il Dünya və Avropa kubokları və digər turnirlər təşkil edilir. Azərbaycan Gimnastika Federasiyası möhtəşəm iş görür. Avropa və dünya çempionatlarında kifayət qədər yaxşı nəticələr var".
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsinin ardından bədii hissə ilə davam edib.
Xatırladaq ki, bu gün start götürən Avropa Kuboku mayın 3-də başa çatacaq. İdmançılar turnir ərzində qrup və fərdi proqramlarda bacarıqlarını göstərəcəklər. Yarışda Azərbaycan təmsilçiləri ilə birlikdə 30 ölkə və neytral idmançılar çıxış edirlər.
Oxşar xəbərlər
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
Üzgüçülük üzrə Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli olub
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Mərkəzi Nəbatat Bağı auditor seçir
-
SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub













