NDU ilə Çin Elmlər Akademiyası arasında əməkdaşlıq – NDU-nun gənc tədqiqatçıları üçün Çində təhsil imkanı
Naxçıvan Dövlət Universiteti Çin Elmlər Akademiyası ilə strateji elmi əməkdaşlığa başlayır.
NDU magistrantları və doktorantları üçün Çində təhsil imkanı yaranır. Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Çin Elmlər Akademiyasının Fizika, Kimya və Texniki Elmlər İnstitutunun rəhbərliyi ilə keçirilən rəsmi görüşdə bu barədə ilkin razılığa gəlinib.
Görüş zamanı tərəflər arasında elmi tədqiqat və akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm məsələlər ətraflı müzakirə olunub.
Müzakirələrin əsas istiqamətlərindən biri NDU magistrantlarının adıçəkilən institutda doktorantura təhsili imkanlarının yaradılması olub. Bununla yanaşı, universitetin magistrant və doktorantları üçün birgə elmi rəhbərlik mexanizmlərinin tətbiqi məsələsi diqqət mərkəzində saxlanılıb, bu sahədə fikir mübadiləsi aparılıb və ilkin razılaşmalar əldə edilib.
Görüşdə həmçinin yaşıl enerji, nanomateriallar, quru və ekstremal iqlim şəraitində enerji və material texnologiyaları, kimya, fizika və tətbiqi fizika sahələrində ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri geniş şəkildə müzakirə olunub.
Eyni zamanda beynəlxalq elmi əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə birgə elmi jurnalın təsis edilməsi təşəbbüsü müsbət qarşılanıb və bu istiqamətdə konkret addımların atılması barədə razılıq əldə olunub.
Oxşar xəbərlər
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq













