Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaq
Far.Az xəbər saytı

Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaq


17–22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) media mərkəzi yaradılacaq.

Far.Az report-a istinadən xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum çərçivəsində "Şəhərsalma və Memarlıq İli"ndə media gündəmi"nə həsr olunan panel sessiyada deyib.

Onun sözlərinə görə, WUF13-ə hazırda qeydiyyat davam edir:

"800-dən artıq yerli və xarici media nümayəndələri akkreditasiya üçün müraciət edib. Media nümayəndələri üçün tədbir məkanında ahər cür şərait yaradılacaq. Jurnalistlər üçün Media mərkəzi yaradılacaq".

Eldar Rəsulov vurğulayıb ki, tədbir zamanı 40 əsas sessiya baş tutacaq:

"Sessiyalarda ölkələr şəhərsalma sahəsində təcrübələrini bölüşəcək".

O qeyd edib ki, son 10-12 ildə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər çərçivəsində institusional baza formalaşıb.

Eldar Rəsulov həmçinin qeyd edib ki, tədbir zamanı nəqliyyatın doğru və təhlükəsiz axını üçün hazırda şəhərdə monitorinqlər aparılır:

"Bakının bir sıra prospekt və küçələrində tənzimləmələr həyata keçirilir".

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər