Çində pulemyot və raketlərlə təchiz olunmuş dron yaradılıb
Far.Az xəbər saytı

Çində pulemyot və raketlərlə təchiz olunmuş dron yaradılıb


Çin mühəndisləri şəhər şəraitində döyüş əməliyyatları aparmaq üçün yaradılmış bir nəfərlik, idarə olunan "Superwing ZR-300" kvadrokopterinin prototipini nümayiş etdiriblər.

"Report" "Army Recognition" nəşrinə istinadən xəbər verir ki, ağır uçuş aparatı atıcı və raket silahları ilə təchiz edilib.

İriqabaritli kvadrokopter yüksək manevr qabiliyyətinə, eləcə də şaquli uçuş və eniş etmək bacarığına malikdir. Bu xarakteristikaları sayəsində o, sıx şəhər tikililəri şəraitində səmərəli fəaliyyət göstərə bilər. "ZR-300"ün mərkəzi bölməsində pilot-operator kabinəsi yerləşdirilib. Bununla belə, aparat pilotsuz rejimdə, həmçinin opsional idarə olunan platforma kimi fəaliyyət göstərə bilir.

Kvadrokopterin silah kompleksinə pulemyotlar, idarə olunmayan aviasiya raketləri blokları və idarə olunan raketlər daxildir. Elektrikli "ZR-300" kütləsi 200 kiloqrama qədər olan faydalı yük daşımaq üçün nəzərdə tutulub. Maşının döyüş radiusu 120 kilometr təşkil edir, maksimal sürəti isə saatda 180 kilometrə çatır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər