Nyu-York merinin Azərbaycana qarşı qaralama kampaniyasına cavab olan petisiyanı İMZALA!
Far.Az xəbər saytı

Nyu-York merinin Azərbaycana qarşı qaralama kampaniyasına cavab olan petisiyanı İMZALA!


ABŞ-nin Nyu-York şəhərinin meri Zöhran Mamdaninin "X" platformasında etdiyi paylaşım Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılar tərəfindən narazılıqla qarşılanıb. Paylaşımda 1915-ci il hadisələri və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səsləndirilən fikirlərin qərəzli və reallığı əks etdirmədiyi bildirilib.

Far.Az xəbər verir ki, buna cavab olaraq Azərbaycan-Amerika Gənclər Federasiyasının təşəbbüsü ilə petisiya başladılıb.

Məqsəd dünya ictimaiyyətinə düzgün məlumat çatdırmaq və beynəlxalq qurumların daha obyektiv mövqe tutmasına nail olmaqdır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da petisiyaya qoşularaq merin paylaşımına etirazlarını ifadə ediblər.

Petisiyada qeyd olunur ki, ABŞ hazırda Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiyi bir vaxtda bu cür yanaşmalar narahatlıq yaradır. Sənəddə BMT-nin 2023-cü ilin 2 oktyabr tarixli qiymətləndirməsinə istinad edilərək Qarabağda mülki əhaliyə qarşı zorakılıq və ya infrastruktur dağıntılarının qeydə alınmadığı vurğulanır.

Eyni zamanda xatırladılır ki, 44 günlük müharibə dövründə Gəncə, Bərdə və Tərtər kimi şəhərlər raket və artilleriya atəşinə məruz qalıb, nəticədə mülki şəxslər həlak olub, yaşayış və sosial obyektlər zərər görüb. Petisiyada 1992-ci ilin fevralında baş verən Xocalı faciəsinə də diqqət çəkilərək yüzlərlə dinc sakinin qətlə yetirildiyi qeyd olunur.

Aşağıdakı linkə keçid edərək siz də ölkəmizə qarşı bu çirkin qarayaxma kampaniyasına qarşı etiraz mövqeyinizi bildirə bilərsiniz.

İmza üçün bura keçid edin.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır
HONOR brendinin 5 illiyi və inkişaf strategiyası təqdim olundu
8300 mAh batareyaya malik, sarsılmaz HONOR X9d artıq satışdadır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər