Nyu-York merinin Azərbaycana qarşı qərəzli kampaniyasına cavab olan petisiyanı sən də İMZALA!
ABŞ-nin Nyu-York şəhərinin meri Zöhran Mamdani "X"da paylaşım edərək 1915-ci il hadisələri və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı qərəzli fikirlər səsləndirib. Bu da Azərbaycanda və xaricdə yaşayan həmyerlilərimiz tərəfindən narazılıqla qarşılanıb.
Far.Az xəbər verir ki, buna cavab olaraq Azərbaycan-Amerika Gənclər Federasiyasının təşəbbüsü ilə petisiya başladılıb.
Məqsəd dünya ictimaiyyətinə düzgün məlumat çatdırmaq və beynəlxalq qurumların daha obyektiv mövqe tutmasına nail olmaqdır.
Nəticədə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar petisiyaya qoşularaq merin paylaşımına etirazlarını ifadə ediblər.
Petisiyada ölkəmizin keçmişi və bu günü ilə bağlı həqiqətlər qeyd olunub.
Bildirilib ki, ABŞ hazırda Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiyi bir vaxtda bu cür yanaşmalar narahatlıq yaradır. Sənəddə BMT-nin 2023-cü ilin 2 oktyabr tarixli qiymətləndirməsinə istinad edilərək Qarabağda mülki əhaliyə qarşı zorakılıq və ya infrastruktur dağıntılarının qeydə alınmadığı vurğulanır.
Bundan başqa xatırladılır ki, 44 günlük müharibə dövründə Gəncə, Bərdə və Tərtər kimi şəhərlər raket və artilleriya atəşinə məruz qalıb, nəticədə mülki şəxslər həlak olub, yaşayış və sosial obyektlər zərər görüb.
Petisiyada 1992-ci ilin fevralında baş verən Xocalı faciəsinə də diqqət çəkilərək yüzlərlə dinc sakinin qətlə yetirildiyi qeyd olunur.
Aşağıdakı linkə keçid edərək siz də ölkəmizə qarşı bu çirkin qarayaxma kampaniyasına qarşı etiraz mövqeyinizi bildirə bilərsiniz.
İmza üçün bura keçid edin.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Reper, müsəlman, sosialist - Nyu-Yorkun yeni meri kimdir?
Nyu-York merinin Azərbaycana qarşı qaralama kampaniyasına cavab olan petisiyanı İMZALA!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
Zelenski Ukrayna ordusunda islahatların iyunda başlayacağını elan edib













