Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır"
"Niderland Azərbaycanla iqtisadi əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən energetika sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində maraqlıdır".
Far.Az report-a istinadən xəbər verir ki, bunu xarici diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində regiona yollanan Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq bildirib.
"Biz su ehtiyatlarının idarə olunması, nəqliyyat əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarına hər zaman açığıq, buna görə də qarşılıqlı fəaliyyətin gələcək istiqamətlərini nəzərdən keçirməyə şadıq", - o qeyd edib.
Diplomat həmçinin bildirib ki, Niderland Bakı Enerji Həftəsində (1-3 iyun - red.) iştirak etmək üçün Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırır: "Bəli, yaxın vaxtlarda bizim başqa nümayəndə heyətlərimiz də olacaq".
Niderland və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın perspektivlərindən danışan səfir qeyd edib ki, hazırda konkret layihələr yoxdur, lakin bu sahə perspektivli hesab olunur:
"Bu, mütləq nəzərdən keçirilməyə dəyər bir istiqamətdir və gələcəkdə araşdıra biləcəyimiz bir məsələdir".
Oxşar xəbərlər
Səfir: Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar













