Səfir: Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır
Far.Az xəbər saytı

Səfir: Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır


Niderland Azərbaycanla iqtisadi əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən energetika sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində maraqlıdır.

"Far.Az"un Laçına ezam olunmuş əməkdaşının sualını cavablandırarkən xarici diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində regionda səfərdə olan Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq bildirib.

"Biz su ehtiyatlarının idarə olunması, nəqliyyat əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarına hər zaman açığıq, buna görə də qarşılıqlı fəaliyyətin gələcək istiqamətlərini nəzərdən keçirməyə şadıq", - o qeyd edib.

Diplomat həmçinin bildirib ki, Niderland Bakı Enerji Həftəsində (1-3 iyun - red.) iştirak etmək üçün Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırır: "Bəli, yaxın vaxtlarda bizim başqa nümayəndə heyətlərimiz də olacaq".

Niderland və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın perspektivlərindən danışan səfir qeyd edib ki, hazırda konkret layihələr yoxdur, lakin bu sahə perspektivli hesab olunur: "Bu, mütləq nəzərdən keçirilməyə dəyər bir istiqamətdir və gələcəkdə araşdıra biləcəyimiz bir məsələdir".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər