Okampo süni intellekt vasitəsilə Azərbaycana qarşı geniş dezinformasiya kampaniyası planlaşdırıb
Minval Politika BMT Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okamponun süni intellektdən (Sİ) istifadə etməklə Azərbaycana qarşı qaralama kampaniyası keçirmək planları ilə bağlı video və audio yazılarını dərc etməyə davam edir.
"Far.Az"un məlumatına görə, bu ifşalardan belə nəticə çıxır: söhbət "dəyərlərdən" və "prinsiplərdən" deyil, erməni lobbisinin, Avropa siyasətçilərinin və rusiya-erməni biznes dairələri ilə bağlı maliyyə axınlarının iştirakı ilə qurulmuş təzyiq sistemindən gedir.
Paralel olaraq Okamponun maliyyə yemliyi sxemi də üzə çıxır: əvvəlcə pullar erməni mənbələrindən daxil olurdu, sonra əsasən Rusiyadan olan varlı diasporanın sponsorlar qrupu qoşuldu. Onların arasında Samvel Karapetyan və Ruben Vardanyan var. Əsas prinsip - anonimlik və qapalı sxemlər vasitəsilə iş görmək.
Bundan əlavə, ayrı-ayrı fraqmentlər birbaşa Ermənistanın daxili proseslərinə müdaxiləyə - hətta hakimiyyət dəyişikliyi ssenarilərinin müzakirəsinə qədər işarə edir.
İfşaların yeni mətn deşifrəsini təqdim edirik:
Luis Moreno Okampo: "Və mənim üçün növbəti addım bunu süni intellekt platformasında necə təşkil etməyə baxmaqdır və bunu lazımi qaydada etməkdir. Ona görə də mən San-Paulo Universitetinin fizika fakültəsi ilə süni intellektlə bağlı bir layihə üzərində işləyirəm. İndi isə İspaniyada bu cür şirkətlərin fəaliyyətində iştirak edən dostlarımla bir neçə gün keçirdim. Biz erməni layihəsinin süni intellektdən istifadə edən şirkət üçün necə pilot layihə olduğunu müzakirə edirdik".
Luis Moreno Okampo: "Əgər biz bu barədə danışacağıqsa… bu tamamilə başqa bir şeydir. Mən sizi qorxutmaq istəmirəm, amma mən çox şeylə məşğulam. Mən həmçinin Braziliyadakı San-Paulo Universitetinin professoruyam. Mən fiziklə işləyirəm - fizika sahəsində. Əsasən biz müasir fizikadan... və süni intellektdən istifadə edirik ki, qlobal nizamı və qlobal nizamsızlığı modelləşdirək və təşkil etməyə çalışaq. Beləliklə, Braziliya bu işi maliyyələşdirir. Bunun üzərində işləyən superkompüterlərimiz var. Və əvvəlcə biz yaxşı fokuslandıq, əvvəldə dedik: "gəlin bütövlükdə qlobal nizamla məşğul olaq". Sonra dedik: "yox, bu çox mürəkkəbdir, gəlin soyqırımla məşğul olaq". Sonra isə bildirdik ki, "gəlin Qarabağla məşğul olaq", çünki məndə çoxlu məlumat var. Biz Qarabağ üzərində işləyirik. Hal-hazırda mən buna akademik məhsul kimi baxıram, bu akademik layihədir və mən ondan maksimum fayda əldə etməliyəm. Ona görə də mən burada istehsal etdiyimiz məlumatı qərar qəbul edən siyasətçilərə çatdıran bir şeyə çevirən transsərhəd şirkət yaratmağa çalışıram. O, daha görünən olmaq üçün əsas kütləvi informasiya vasitələrinə, sosial şəbəkələrə çatmalıdır. O, həmçinin möhkəm, köklü olmaq üçün digər alimlərə çatmalıdır".
Naməlum həmsöhbət: "Amma siz süni intellektdən istifadə edən proqram hazırlayırsınız?".
Luis Moreno Okampo: "Bəli, bəli".
Naməlum həmsöhbət: "Çünki proqramlar mövcuddur, qərar qəbul edən şəxslərə məsləhət vermək üçün bir araya gələn analitik mərkəzlər mövcuddur, bu çoxdan mövcuddur".
Luis Moreno Okampo: "Bəli, bəli".
Redaksiyanın sərəncamına düşən yazılarda o, artıq fəaliyyətini yeni səviyyəyə çıxarmağa çalışdığını gizlətmir – süni intellektdən istifadə etməklə. Söhbət bütöv bir təsir infrastrukturunun yaradılmasından gedir, burada "akademik layihə" siyasətçilərə, mediaya və beynəlxalq institutlara təzyiq alətinə çevrilir.
Əslində söhbət informasiya və siyasi hücumları sənayeləşdirmə cəhdindən gedir – onları "elmi" qabığa bükməkdən və texnologiyaların köməyi ilə miqyaslandırmaqdan.
Bu deşifrələrdən belə nəticə çıxır ki, Okampo və onun şərikləri Azərbaycana qarşı dipfeyklərin və digər texnoloji manipulyasiya alətlərinin iştirak etdiyi mexanizmləri yerləşdirməyi planlaşırırdılar.
Beləliklə, Okampo artıq sadəcə erməni lobbisti deyil, hibrid əməliyyatın "memarı"dır.
Oxşar xəbərlər
Süni intellekt və Braziliyada superkompüter: Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Okamponun ifşası: "Paşinyan aradan qaldırılmalıdır"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













