Masato Kanda: "Asiya-Sakit okean regionu ümumi dayanıqlığı gücləndirməlidir"
Asiya-Sakit okean regionu ümumi dayanıqlığı gücləndirməlidir.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kanda Bankın Direktorlar Şurasının 59-cu illik iclasının rəsmi açılış mərasimində bildirib.
"Asiya-Sakit okean regionu ölkələrini dayanıqlığa və inklüziv artıma kömək edən transsərhəd əlaqələrin gücləndirilməsi vasitəsilə birlikdə inkişaf etmək üçün birgə fəaliyyət göstərməyə çağırıram. Bu yeni yolayrıcında qəbul etdiyimiz qərarlar növbəti nəslin gələcəyini təmin edəcək. Bu parçalanmış dünyada ənənəvi və təcrid olunmuş inkişaf tədbirləri uğursuzluğa düçar olacaq. Bu yeni dövrdə ayaqda qalmaq və irəliləmək üçün biz dərindən bir-birinə bağlı və dayanıqlı sistemlər yaratmalıyıq", - M.Kanda qeyd edib.
ADB prezidenti qeyd edib ki, müasir sarsıntılar sərhədləri aşaraq enerji bazarları, təchizat zəncirləri və rəqəmsal şəbəkələr vasitəsilə sürətlə ötürülür və bir sıra icmalara zərbə vurur.
Onun sözlərinə görə, bu problemlərin həlli milli sərhədləri aşan əlaqələndirilmiş regional tədbirlər tələb edir: "Qarşıda duran iş nəhəngdir, lakin məqsədimiz aydındır. Bizim strategiyamız, resurslarımız və fəaliyyət üçün kollektiv iradəmiz var".
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













