Azərbaycanda heyvan sığınacaqları üçün yeni qaydalar qüvvəyə minib
Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları 2026-cı il mayın 4-dən qüvvəyə minib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, yaşayış (fərdi inşa edilmiş ayrıca bina istisna olmaqla), ictimai, inzibati və istehsalat binalarında sığınacaqların yaradılmasına yol verilməyəcək.
Sığınacaqlar epizootik cəhətdən sağlam olan ərazilərdə yerləşdirilməli və ərazinin epizootik vəziyyəti daim nəzarətdə saxlanılmalıdır.
Sığınacaqlar yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) aşağıdakı ara məsafələri (sanitar-mühafizə zolaqları) gözlənilməklə yerləşdiriləcək:
avtomobil yollarından - 30 metr;
fermalardan - 100 metr;
su hövzələrindən - 100 metr;
sənaye müəssisələrindən - 100 metr;
yaşayış binalarından - 100 metr.
Tibbi müayinədən keçməyən, vərəmli xəstə, eləcə də bədənində irinli açıq yarası, qoturluğu olan, habelə yaşı 18-ə çatmayan şəxslərin heyvanlara xidmət etməsinə icazə verilməyəcək.
Sığınacaqda çalışan bütün işçilər heyvanlardan keçə biləcək xəstəliklərə qarşı peyvənd edilməli və heyvanların baxımı, təlimi və xəstəlikləri barədə baytarlıq mütəxəssisi tərəfindən məlumatlandırılmalıdırlar.
Sığınacaqda çalışan hər bir şəxs gigiyena qaydalarına ciddi riayət etməli, təmiz xüsusi geyimlə (xalat, önlük və s.) və fərdi mühafizə vasitələrilə (əlcək, maska, respirator, eynək) təmin edilməlidir. Hər bir heyvanda aparılan baytarlıq xidmətlərindən sonra əlcəklər yenilənməlidir.
Baytarlıq preparatlarının və yemlərin saxlanıldığı otaq və ya bölməyə işçi heyətindən başqa kənar şəxslərin girişinə icazə verilməməlidir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Heyvan bazarlarının quruluşuna və yerləşməsinə dair tələblər müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













