Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ
Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbəri Rahim Məmməd oğlu Hüseynov inzibati məsuliyyətə cəlb edilib.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Rahim Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilib.
"Təfəkkür" Universitetinin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclu qismində tərəf olduğu icra sənədlərinin icrasını təmin etməyib, icra məmurunun qanuni tələblərini yerinə yetirməyib.
Nərimanov Rayon Məhkəməsinin 2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetindən 13 650 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 175 manat pulun 85 manatı, cəmi 13 735 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilib.
Bundan başqa, həmin il universitet rəhbərliyinə qarşı da iddia qaldırılıb. Belə ki, iddia ərizələrinin birində 11 200 manat pul, mənəvi ziyana görə 200 manat və 153.6 manat dövlət rüsumu, digər iddia ərizəsi üzrə isə 13 650 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılıb.
Borclu "Təfəkkür" Universitetinə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilib və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar olunub.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Təfəkkür" Universitetinin rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1 200 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, Rəhim Hüseynov Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbəri olub. O, 1992-1993-cü illərdə səhiyyə naziri işləyib. Ehtiyatda olan tibbi xidmət polkovnikidir.
Həmin universitetin rektoru İmişli rayon sakini Müşfiq Atakişiyev olub. O, universitetin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Atakişiyev 14 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













