Ağ Evin yaxınlığında atışma zamanı yeniyetmə xəsarət alıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Ağ Evin yaxınlığında atışma zamanı yeniyetmə xəsarət alıb - YENİLƏNİB


Kolumbiya dairəsi, Vaşinqtonda Ağ Evin yaxınlığında atışma zamanı yeniyetmə xəsarət alıb.

"Far.Az" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə dairənin Yanğından Mühafizə və Təcili Tibbi Yardım Departamentinin mətbuat katibi Vito Macciolo bildirib.

O yeniyetmənin yüngül xəsarətlər aldığını qeyd edib.

Daha sonra mətbuat konfransında ABŞ Məxfi Xidməti rəhbərinin müavini Metyu Kuinn bildirib ki, qurumun mülki geyimli əməkdaşları Ağ Evdən təxminən beş dəqiqəlik piyada məsafəsində - Vaşinqtonun mərkəzi bulvarı olan "National Mall"da yoldan ötənlərdən birində odlu silah görüblər. Təmas qurularkən naməlum şəxs qaçmağa cəhd edib və hüquq-mühafizə orqanlarının əməkdaşları istiqamətində atəş açmağa başlayıb, onlar da adekvat cavab veriblər. Kuinn atəş açan şəxsin vəziyyəti barədə məlumat verməkdən imtina edib. "Bu şəxs yaralanıb, hazırda xəstəxanadadır", - o bildirib.

Daha əvvəl məlum olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşı Ağ Evin cənubunda, 15-ci küçə ilə İndependens-avenyunun kəsişməsində atəş açıb.

Ağ Evin yaxınlığında odlu silahdan istifadə ilə insident baş verib, nəticədə azı bir nəfər xəsarət alıb.

Far.Az xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətinin rəsmi nümayəndəsi Entoni Qulyelmi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Ağ Evin yaxınlığında atəşi hüquq-mühafizə strukturlarının nümayəndəsi açıb.

"Hüquq-mühafizə orqanları əməkdaşlarının odlu silah tətbiq etməsi nəticəsində bir nəfər yaralanıb, hazırda onun vəziyyəti barədə məlumat yoxdur", - Qulyelmi bildirib.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər