Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilib - YENİLƏNİB
"İctimai proseslər media müstəvisində" mövzusunda III Forum "Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya" adlı panel sessiya ilə yekunlaşıb.
"Report" xəbər verir ki, paneldə çıxış edən Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzovun sözlərinə görə, rəqəmsallaşma prosesi son 10 ildə vüsət alıb.
"Cəmiyyətin bütün sahələrində rəqəmsal transformasiya baş verir. Bu məqamda medianın kənarda qalması qeyri-mümkündür", - o qeyd edib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin rəisi Murad Balayevin sözlərinə görə, "Deep strike"ın 2026-cı ildəki hesabatına görə, dünyada "deep-fake" xarakterli dezinformasiyalar 500 mindən 8 milyona qədər artıb: "Media sektorunda da dezinformasiya qaçınılmazdır. Media subyektlərinin üzərində böyük məsuliyyət düşür".
Medianın İnkişafı Agentliyinin (MEDİA) Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova bildirib ki, media subyektlərinin əksəriyyəti sosial şəbəkələrdə daha çox aktivləşir: "Ənənəvi media interaktiv deyil. Bu baxımdan, yeni media anlayışı meydana çıxır. Artıq media sadəcə jurnalistika fəaliyyəti kimi yanaşma yox, biznes kimi bir baxış var".
MEDİA rəsmisi əlavə edib ki, süni intellektin gətirdiyi risk də artır. Bir müddətdən sonra yazı vərdişi itəcək, oxucuların inamı itəcək və s. Bütün bunlar jurnalistikanın qarşısına təhdidlər qoyur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizovun sözlərinə görə, müəssisələrdə işlərin 43%-i süni intellektlə görülür: "Rəqəmsallaşma prosesinin sürətlənməsi və effektivliyim artırılması üçün tədbirlər həyata keçirilir".
O vurğulayıb ki, insanlar texnoloji gigiyenaya riayət etməli, ayıq-sayıq olmalıdır.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin rəisi Əzizə Vahidi isə süni intellektin sənayeyə təsirindən danışıb.
Panel sessiya sual-cavabla başa çatıb.
Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir.
"Report" xəbər verir ki, forumun açılış mərasimində MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov və digər şəxslər iştirak edirlər.
Forum öz işini "Şəhərsalma və Memarlıq İli"ndə media gündəmi", "Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə" və "Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya" mövzularında panel sessiyalarla davam etdirəcək.
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
Rusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladı
-
Vüqar Rəhimzadə: Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya...













