Vüqar Mustafayev "SAHA 2026"da müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib - YENİLƏNİB
Far.Az xəbər saytı

Vüqar Mustafayev "SAHA 2026"da müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib - YENİLƏNİB


Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mayın 5-də İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib.

"Far.Az"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, nazir Nigeriyanın müdafiə üzrə dövlət naziri Bello Mohammed Matavalle, Gürcüstanın Müdafiə Nazirliyinin Müdafiə Qüvvələri komandanının müavini Zaza Çxaidze, İtaliya Müdafiə Nazirliyinin milli silahlanma direktoru Giacinto Ottaviani, Özbəkistan Müdafiə Sənayesi Agentliyinin birinci müavini Aziz İqamnazarov İşmuradoviç, Yaponiya Müdafiə Avadanlıqları Əməkdaşlıq idarəsinin müşaviri Hideki Fukava və ABŞ-nin "Jones Group" şirkətinin Avropa filialı üzrə əməliyyatlar direktoru Filip Stevart ilə görüşüb.

Görüşlər zamanı müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın vəziyyəti ətraflı təhlil olunub, istehsal imkanları, texnoloji potensial və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb. Bununla yanaşı, yeni tərəfdaşlıq istiqamətləri, o cümlədən müasir və innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev İstanbulda keçirilən "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində bir sıra rəsmi görüşlər keçirib.

"Far.Az"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, nazir müxtəlif ölkələrin müdafiə sənayesi nümayəndələri ilə görüşərək hərbi-texniki əməkdaşlıq, birgə istehsal layihələri və innovativ texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.

Görüşlərdə müdafiə sənayesində yeni texnologiyaların tətbiqi, sənaye kooperasiyası və regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub.

Sərgi çərçivəsində baş tutan görüşlərin Azərbaycanla tərəfdaş ölkələr arasında müdafiə sənayesi sahəsində əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyi bildirilir.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər