Muxtar Babayev: "Müxtəlif regionlardakı münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır"
Son dövrlərdə müxtəlif regionlarda baş verən münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri kənd təsərrüfatına çox ciddi təsir göstərir: "Amma məsələ bununla bitmir. Kənd təsərrüfatı özü də bu prosesin bir hissəsidir. Bu sektor qlobal istixana qazı emissiyalarının təxminən dörddə birini təşkil edir. Bu isə o deməkdir ki, kənd təsərrüfatı həm risklərlə üzləşən, həm də bu riskləri formalaşdıran əsas səbəblərə çevrilir. Buna görə də uyğunlaşma tədbirləri ilə yanaşı karbon emissiyalarının azaldılması da xüsusi əhəmiyyət daşıyır".
O əlavə edib ki, eyni zamanda, son dövrlərdə müxtəlif regionlarda baş verən münaqişələr də ətraf mühitə əlavə təzyiq yaradır: "Bu proseslər torpaq örtüyünün pozulmasına səbəb olur, toz və digər atılmaların atmosferə yayılmasını artırır. Bu təsirlər artıq daha geniş ərazilərdə, o cümlədən qonşu regionlarda da hiss olunur. Çay və dəniz ekosistemləri də bu proseslərin təsirinə məruz qalır. Belə hallar təbii proseslərə əlavə təsir göstərir".
Oxşar xəbərlər
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13 zamanı Bakıda geniş nəqliyyat planı tətbiq olunacaq
-
Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
-
Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib
-
Azercell Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi
-
Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu
-
Bakının bəzi küçələrində hərəkət istiqaməti dəyişdirilə bilər













