Lazar Spasiç: "Trabzonspor"a qarşı müdafiədə lazımi səviyyədə çıxış etmədik"
"Sabah" basketbol klubu "Trabzonspor"la (Türkiyə) oyunda müdafiədə lazımi səviyyədə çıxış edə bilməyib.
"Report" xəbər verir ki, bunu "bayquşlar"ın baş məşqçisi Lazar Spasiç klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə A qrupunda "Trabzonspor"a qarşı keçirdikləri oyunu dəyərləndirib:
"İlk növbədə, "Trabzonspor"u qələbə münasibətilə təbrik edirəm. Oyunun ilk 7-8 dəqiqəsində rəqibin 16:9 hesablı üstünlüyünü 29:9-a çatdırdığı hissə bizim üçün həlledici oldu. Bundan sonra oyuna qayıtmaq və istədiyimiz basketbolu nümayiş etdirmək xeyli çətinləşdi. Oyuna niyə bu cür başladığımızı bilmirəm. Sanki rəqibə həddindən artıq hörmətlə yanaşdıq və müdafiədə lazımi səviyyədə çıxış etmədik. Qarşımızda hücum potensialı yüksək olan komandanın dayandığını bilirdik. Belə bir rəqibi səfərdə məğlub etmək istəyiriksə, ilk növbədə, təkbətək mübarizələrə nəzarət etməliyik".
Qeyd edək ki, "Trabzonspor" - "Sabah" oyunu rəqib komandanın 100:83 hesesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI













