Baku Steel Company Xalça Festivalında polad sənətini təqdim etdi
"Baku Steel Company" QSC 1–3 may 2026-cı il tarixlərində keçirilmiş III Beynəlxalq Xalça Festivalında poladın sənaye estetikası, müasir incəsənət və milli irs motivlərini özündə birləşdirən ekspozisiya təqdim etdi.
Festival Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilib. "Baku Steel Company" QSC (bundan sonra – BSC) tədbirin tərəfdaşı qismində çıxış edib.
Bu il festivalın beynəlxalq coğrafiyası genişləndi. Ötən ilin iştirakçıları olan Azərbaycan, Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Türkmənistan və Gürcüstana Qırğızıstan, Mərakeş, Nepal və Meksika qoşuldu.
Festivalın tərəfdaşı qismində BSC həmçinin tədbirə dəstək göstərib və "Baku Steel Art" Beynəlxalq Metal Simpoziumları çərçivəsində yaradılmış əsərləri təqdim edib: rumıniyalı heykəltəraş Petre Virgiliu Moqoşanunun "Məhdud məkanda hərəkət", azərbaycanlı heykəltəraş Teymur Qəribovun "İntizam - transformasiyanın nəticəsidir", Leyla Qabulovanın "Sükut axını" və Gursel Ələmşahovun "Su yoxdursa, həyat yoxdur" əsərləri.
Xüsusi olaraq festival üçün hazırlanmış "Polad ilmələr" instalyasiyası ekspozisiyada ayrıca yer tutub və həm böyüklər, həm də uşaqlar tərəfindən maraqla qarşılanıb. Azərbaycan xalçaçılıq mədəniyyətinin Qarabağ qrupuna aid ən tanınmış nümunələrindən biri olan Malıbəyli xalçasından ilhamlanan pazl formasında kompozisiya armaturdan hazırlanmış konstruksiyada yerləşdirilmiş və ənənəvi ornamenti poladın sənaye estetikası ilə birləşdirmişdir.
BSC-nin Beynəlxalq Xalça Festivalında iştirakı şirkətin sosial-mədəni layihələrə verdiyi əhəmiyyəti, eləcə də "Baku Steel Art" platforması vasitəsilə sənaye və incəsənətin birləşdirilməsi istiqamətində ardıcıl fəaliyyətini əks etdirir. Layihə şirkətin Azərbaycanın mədəni irsinin populyarlaşdırılmasına və onun beynəlxalq səviyyədə təşviqinə töhfəsini vurğulayır.
ŞİRKƏT HAQQINDA
"Baku Steel Company" QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir və tikinti, infrastruktur və sənaye sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir
Əlavə məlumat üçün: www.bakusteel.com
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İçərişəhər rəqəmsallaşır: Yelo Bank yeni təşəbbüsə qoşuldu
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
-
Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib
-
Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu
-
Azercell Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi
-
Sumqayıtda avtomobil yolu çöküb
-
"Met Gala 2026"nın ən çox müzakirə olunanları - SİYAHI













