Azərbaycan Vyetnam şirkəti ilə "yaşıl enerji" layihələri üzrə Anlaşma Memorandumu imzalayıb - YENİLƏNİB
Azərbaycan və Vyetnamın "ROX Group" şirkəti arasında "yaşıl enerji" layihələri üzrə əməkdaşlıq sənədi imzalanıb
Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə Vyetnamın "ROX Group" Səhmdar Cəmiyyəti arasında Azərbaycanda günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi imkanlarının qiymətləndirilməsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Energetika Nazirliyi adından energetika nazirinin müavini Elnur Soltanov, "ROX Group" Səhmdar Cəmiyyəti adından isə enerji şirkətləri üzrə İcraçı Direktorlar Şurasının sədri Pham Minh Tuan imzalayıb.
Sənəd elektrik enerjisinin ixracı məqsədilə Azərbaycanda 600 MVt gücündə quruda külək və Naxçıvan Muxtar Respublikasında 200 MVt gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsi imkanlarının araşdırılmasını nəzərdə tutur. Memoranduma əsasən, layihələrin texniki-iqtisadi əsaslandırılması, mövcud şəbəkə imkanlarının qiymətləndirilməsi və istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin ölkənin elektrik şəbəkəsinə inteqrasiyası imkanlarının araşdırılması istiqamətində əməkdaşlıq ediləcək.
İqtisadiyyat Nazirliyi Vyetnama məxsus "ROX Group"la tikinti və inkişaf sahəsində əməkdaşlıq edəcək.
"Report" xəbər verir ki, bununla bağlı Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) sənəd imzalanıb.
Sənədi iqtisadiyyat nazirinin müavini Anar Axundov və "ROX Group"un Baş icraçı direktorunun müavini imzalayıb.
Bundan başqa, forumda Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlığa dair sənədin imzalanıb. Sənədi Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və "ROX Group"un nümayəndəsi Ta Ngoc Da imzalayıb.
Oxşar xəbərlər
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var
-
Cəbrayıl sakini: Dövlət biznesimizi inkişaf etdirmək üçün bizə yetərli dəstək verib
-
Cəbrayılda 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub













