Aqil Qurbanov "SAHA 2026"da stendlərlə tanış olub, görüşlər keçirib - YENİLƏNİB
Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov İstanbulda keçirilən "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində stendləri gəzib.
"Far.Az"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, o, sərgi pavilyonlarında nümayiş etdirilən müxtəlif stendlərlə tanış olub, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərin məhsul və yeniliklərini nəzərdən keçirib.
Nazir müavini həmçinin sərgidə iştirak edən xarici şirkət nümayəndələri və rəsmi şəxslərlə də görüşlər keçirib.
Görüşlər zamanı müdafiə sənayesində əməkdaşlıq imkanları, texnoloji yeniliklər və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində iştirak edir.
"Far.Az"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, Aqil Qurbanovun rəhbərlik etdiyi heyət Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Miras" şirkətində də görüşlər keçirəcək.
Bu görüşlərdə müdafiə sənayesi məhsullarının istehsalı, texnoloji inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq perspektivləri diqqət mərkəzində olacaq.
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib
-
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib
-
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb













