Naxçıvanda su xəttində qəza baş verib
Far.Az xəbər saytı

Naxçıvanda su xəttində qəza baş verib


Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəza səbəbindən bəzi ərazilərin su təchizatında müvəqqəti fasilə yaranacaq.

"Far.Az"un yerli bürosu xəbər verir ki, diametri 450 mm olan magistral xətdə aparılacaq qəza-bərpa işləri ilə əlaqədar olaraq mayın 7-si saat 00:00-dan etibarən şəhərin bir sıra küçə və yaşayış massivlərində gün ərzində suyun verilməsində məhdudiyyət tətbiq ediləcək.

Su kəsintisi M.P.Vaqif, S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan məhəllələri, həmçinin 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini əhatə edəcək.

Qəzanın aradan qaldırılmasından sonra su təchizatının bərpası təmin olunacaq.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər