Aİ komissarı Şuitsa Ankarada miqrasiya və Aralıq dənizi regionunda əməkdaşlığı müzakirə edib
Avropa İttifaqının (Aİ) Aralıq dənizi üzrə komissarı Dubravka Şuitsa Ankaraya səfəri zamanı türkiyəli nazirlərlə danışıqlar apararaq miqrasiya, təhlükəsizlik və regionda əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
"Report"un Avropa bürosu xəbər verir ki, Avropa komissarı mətbuata açıqlamasında Türkiyənin xarici işlər, ailə və sosial xidmətlər və daxili işlər nazirləri Hakan Fidan, Mahinur Özdemir Göktaş və Mustafa Çiftçi ilə apardığı danışıqlar barədə məlumat verib.
Müzakirələrin mərkəzində miqrasiya və təhlükəsizlik, eləcə də energetika, nəqliyyat əlaqəsi və investisiyalar sahələrində Aralıq dənizi Paktı çərçivəsində mümkün üçtərəfli qarşılıqlı fəaliyyət də daxil olmaqla "ümumi maraq doğuran məsələlər" yer alıb.
Tərəflər regiondakı vəziyyətə, o cümlədən Qəzzaya dəstək, onun bərpası və yenidən qurulmasına, eləcə də Suriyanın keçid prosesinə və sosial-iqtisadi bərpasına xüsusi diqqət ayırıblar.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir
-
Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
-
ABŞ narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib, ölənlər var
-
Aİ-Azərbaycan münasibətləri: strateji maraqlar "qətnamə marafonu"na qarşı – ŞƏRH
-
İsrail hərbçilərinin "Hizbullah" tərəfindən atəşə tutulduğunu bildirib
-
Bakıda ölümlə nəticələnən dəhşətli qəzanın ANBAAN VİDEOSU













