BP-nin vitse-prezidenti və "British Council"ın direktoruna Kral III Çarlzın adından mükafatlar təqdim olunub
Far.Az xəbər saytı

BP-nin vitse-prezidenti və "British Council"ın direktoruna Kral III Çarlzın adından mükafatlar təqdim olunub


BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və "British Council"ın direktoru Nərgiz Hacıyevaya Böyük Britaniya Kralı III Çarlzın adından fəxri mükafatlar təqdim olunub.

"Report" xəbər verir ki, mükafatları onlara Birləşmiş Krallığın Azərbaycandakı səfiri Ferqus Auld təqdim edib.

Səfir qeyd edib ki, Böyük Britaniya və Azərbaycan arasında münasibətlərin inkişafına verdikləri töhfəyə görə bu mükafatları B. Aslanbəyli və N. Hacıyevaya təqdim etmək onun üçün böyük şərəfdir.

"Ən böyük imtiyazlardan biri, bir insana onun Əlahəzrət Kral tərəfindən mükafata layiq görüləcəyini xəbər vermək imkanıdır. Daha yaxşısı isə bu mükafatı şəxsən Əlahəzrətin adından təqdim etməkdir. Dərin hörmət bəslədiyim iki insana belə mükafatları təqdim etmək xüsusi bir məmnuniyyətdir. Buradakı dörd illik fəaliyyətim dövründə və məndən çox əvvəl - bir çox Britaniya səfirlərinin dövründə Böyük Britaniya və Azərbaycan arasında əlaqələrin inkişafına böyük töhfə vermiş iki insana təqdim etmək", - Auld qeyd edib.

Öz növbəsində Aslanbəyli və Hacıyeva işlərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirərək, bu mükafatı peşəkar fəaliyyətləri boyu əməkdaşlıq etdikləri bütün komandaların və tərəfdaşların səylərinin tanınması kimi qəbul etdiklərini qeyd ediblər.

Xatırladaq ki, Bəxtiyar Aslanbəyli Kral III Çarlz tərəfindən Britaniya İmperiyası Ən Əla Ordeninin fəxri Zabiti (OBE) fəxri adı ilə təltif edilib. Nərgiz Hacıyeva isə Britaniya İmperiyası Ordeninin Fəxri Üzvü (MBE) adına layiq görülüb.

Oxşar xəbərlər

"Nərgiz" Ticarət Mərkəzində təlim keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər