"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb
Far.Az xəbər saytı

"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb


"Baku Open-2026" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb.

"Far.Az" xəbər verir ki, qaliblərə medal, kubok, pul mükafatı və sertifikat təqdim olunub.

Müxtəlif yaş kateqoriyaları üzrə iştirakçılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Avropa Şahmat Birliyinin prezidenti Zurab Azmayparaşvili, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər şəxslər təqdim ediblər.

Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edib. "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.

Turnirə sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Daniil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd də qatılıblar.

Oxşar xəbərlər

"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalı start götürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər