Fuad Sadıqov: "Əlverişsiz hava şəraiti aqrar sektora 13 milyon manat ziyan vurub"
Azərbaycanda son aylar hökm sürmüş əlverişsiz hava şəraiti aqrar sektora 13 milyon manat ziyan vurub
"Far.Az" xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bu gün Bakıda keçirilən "Risklərə qarşı aqrar sığorta çətiri" adlı Forumda bildirib.
Onun sözlərinə görə, zərərçəkmiş fermerlərdən artıq minlərlə hektar sahəyə dair müraciətlər daxil olub: "Bu ilin əvvəlindən bəri müşahidə etdiyimiz qeyri-sabit hava durumu, yəni şaxtalar, intensiv yağıntılar bir daha göstərir ki, aqrar istehsal davamlı deyil, daimi təhdid və risk altındadır. İlin əvvəlindən 9 000 hektar əkin ərazilərinə tam və yaxud qismən ziyan dəydiyi barəsində müraciətlər daxil olub. Bunun 8 000 hektarı yalnız aprel ayında bizim şimal bölgələrimizdə, Qubada, Xaçmazda, Şabranda baş verən sel və subasmalar nəticəsində olub".
Sədr təbii fəlakətlərin kənd təsərrüfatına vurduğu maliyyə itkilərinin miqyasını da açıqlayıb: "Fermerlərimiz 3 ay normal fəaliyyətini davam etdirirlər, 4-cü ay bir hadisə baş verir və kifayət qədər ciddi itkilərlə üz-üzə qalırlar. Bu hadisələr nəticəsində artıq bir 13 milyon manatlıq aqrar istehsala tam və yaxud qismən ziyan dəydiyi barəsində məlumat var. Bu fakt göstərir ki, istehsalçının maliyyə dayanıqlığına birbaşa mənfi təsir baxımından sığorta mexanizmlərinin əhəmiyyəti getdikcə artır".
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI













