Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Bakının Nəsimi rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 44C ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının avtodayanacaq mərtəbəsində fəaliyyət göstərən avtomobil təmiri sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
-avtomobil təmir sexi hündürmərtəbəli yaşayış binasının avtodayanacağında yerləşdirilib və avtomobillərə texniki xidmət fəaliyyəti göstərilir;
- obyektin elektrik naqilləri müvəqqəti asma yolu ilə çəkilib və nasaz elektrik qurğularından, üst örtüyü zədələnmiş elektrik naqillərindən istifadə edilib;
-avtomatik yanğınsöndürmə qurğuları nasaz vəziyyətdədir;
-odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;
-mövcud avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuna ixtisaslaşmış lisenziyalı təşkilatlar tərəfindən illik texniki baxış keçirilməsi barədə müvafiq sənəd təqdim edilməyib;
-obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
"Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 44C ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının avtodayanacaq mərtəbəsində fəaliyyət göstərən avtomobil təmir sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
FHN Samuxda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib
-
Bakı metrosunun stansiya rəisi ÖLÜB













