Azərbaycan və Monqolustanın prokurorluq orqanları informasiya mübadiləsi həyata keçirəcəklər
Azərbaycan və Monqolustanın prokurorluq orqanları cinayət yolu ilə əldə edilmiş aktivlərin aşkar edilməsi, izlənilməsi və müsadirəsi sahəsində informasiya mübadiləsi həyata keçirəcəklər.
"Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqçı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Monqolustan və Azərbaycan coğrafi baxımdan bir-birindən uzaqda yerləşsə də, iki xalqın tarixi ənənələr, mədəniyyət və milli dəyərlər baxımından çoxlu ortaq cəhətləri var:
"2024-cü ildə Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində ölkələrimizin prezidentləri görüş keçirərək ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Bu isə Monqolustan və Azərbaycan arasındakı münasibətlərdə yeni bir səhifə açıb".
O vurğulayıb ki, Azərbaycanın Baş prokurorunun dəvəti ilə həyata keçirilən səfəri çərçivəsində imzalanan "Əməkdaşlıq haqqında Anlaşma Memorandumu" iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəldir:
"Bu sənəd dövlətlərimizin prokurorluqları arasında cinayətkarlığın qarşısının alınması və ona qarşı mübarizə, cinayətlər nəticəsində vurulmuş zərərin aradan qaldırılması, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi üçün geniş imkanlar açır. Bundan əlavə, ölkələrimizin prokurorluq orqanları cinayət yolu ilə əldə edilmiş aktivlərin aşkar edilməsi, izlənilməsi və müsadirəsi sahəsində informasiya mübadiləsi həyata keçirəcəklər".
Monqolustanın Baş prokuroru deyib ki, bununla yanaşı, iki dövlətin hüquq sistemlərində ictimai maraqların müdafiəsi mexanizmlərinin bir çox cəhətdən oxşar olduğunu nəzərə alaraq, bu istiqamətdə təcrübə mübadiləsinin və qanunvericiliyin təkmilləşdirilməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi səmərəli hesab edilir.
Oxşar xəbərlər
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
-
Martin Çunqonq "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub
-
ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Ayxan Hacızadə: Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik
-
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb













