Nazir: "Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib" – EKSKLÜZİV
Qarabağda kənd təsərrüfatı məqsədilə 14 min hektara yaxın torpaq sahəsi investorlara ayrılıb.
Bunu "Report"a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazirin sözlərinə görə, Qarabağ bölgəsində aqrar sahədə investorların iştirakının təmin edilməsi üçün keçirilən müsabiqələr davam etdirilir: "İndiyədək iki müsabiqə artıq başa çatdırılıb. Bu müsabiqələrin nəticələrinə əsasən, təqribən 12 mindən 14 min hektara qədər ərazi investorlara təhkim edilib. Hazırda üçüncü müsabiqə də elan olunub".
M. Məmmədov vurğulayıb ki, Azərbaycanda əsas çətinlik su ehtiyatlarının çatışmazlığı deyil, mövcud su ehtiyatlarının əkin sahələrinə ötürülməsidir: "Hazırkı suvarma infrastrukturunun əhəmiyyətli hissəsi köhnəlmiş vəziyyətdədir. Kanalların böyük əksəriyyəti torpaqdan ibarətdir. Suvarma prosesi əsas etibarilə ənənəvi selləmə metodu ilə həyata keçirilir, müasir suvarma texnologiyalarının tətbiqi isə hələlik aşağı səviyyədədir. Başlıca hədəfimiz suyun su anbarından birbaşa bitkiyə qədər çatdırılmasını təmin etməkdir".
Nazir qeyd edib ki, bu sahədə həyata keçirilən işlər böyük həcmli investisiyalar və uzunmüddətli zaman tələb edir: "Hazırda dövlət bu layihələrin icrasını öz üzərinə götürüb və hər il daha çox layihə reallaşdırılacaq. Digər mühüm istiqamət isə müasir suvarma sistemlərinin genişləndirilməsidir. Bu gün ölkə ərazisində müasir suvarma texnologiyaları 130 min hektar sahəni əhatə edir. Məqsədimiz 2030-cu ilədək bu göstəricini 300 min hektara yüksəltməkdir. Müasir suvarma üsullarının tətbiqi ilə məhsuldarlıq ən azı 30-40 %, bəzi hallarda isə 2-4 dəfə artır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
-
Martin Çunqonq "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Ayxan Hacızadə: Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik
-
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi













