Paşinyan Karapetyanı məhkəməyə verib - "ona bir ton hallüsinogen göbələk yedirəcəyəm"
Far.Az xəbər saytı

Paşinyan Karapetyanı məhkəməyə verib - "ona bir ton hallüsinogen göbələk yedirəcəyəm"


Ermənistanın Baş naziri Nikol Paşinyan "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyanı məhkəməyə vermək niyyətindədir.

"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Paşinyan bu gün sosial şəbəkələrdə məlumat verib.

"Mənə Samvel Karapetyanın bir ton hallüsinogen göbələk haqqında absurd bəyanatını göstərdilər. Təbii ki, mən onu məhkəməyə verəcəyəm və sözün hüquqi mənasında ona bir ton hallüsinogen göbələk yedirəcəyəm. Sərt ifadələrə görə üzr istəyirəm, amma hər şeyin bir həddi var", - Ermənistanın Baş naziri qeyd edib.

Daha əvvəl S.Karapetyan bildirmişdi ki, guya "onda olan məlumata görə, Ermənistanın Baş naziri Çindən bir ton hallüsinogen göbələk gətirib" və onlardan hər çıxışından əvvəl istifadə edir.

Oxşar xəbərlər

İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib
İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilir
Paşinyan və erməni diasporu - Ermənistanın daxili siyasi gərginliyi və xarici təsirlər – ŞƏRH
Samvel Karapetyan istintaq təcridxanasından ev dustağlığına buraxılıb
İlham Əliyev və Nikol Paşinyan Şarm əl-Şeyxdə görüşdülər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər