Psixoterapevt: "Həkim pasiyentə qarşı deyil, onun yanındadır"
"Sağlamlıq məsələsində tərəflər yoxdur. Yalnız bir ümumi məqsəd var - insanın sağlamlığı və həyatı. Pasiyentlər və həkimlər bu məqsədin eyni tərəfindədirlər".
Far.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.
Onun sözlərinə görə bu sahədə ortaq məqsəd insan sağlamlığının və həyatının qorunmasıdır:
"Vətəndaşın keyfiyyətli tibbi xidmət almaq, hörmətlə qarşılanmaq və sağlamlığı barədə aydın, dürüst məlumat əldə etmək hüququ var. Bu hüquqların təmin olunması səhiyyə siyasətinin mahiyyətini təşkil edir. İttiham və inamsızlıq üzərində qurulan münasibətlər sistemi gücləndirmir və nəticəni yaxşılaşdırmır.
Əksinə, belə yanaşma tibbi xidmətin keyfiyyətinə mənfi təsir göstərir, həkimin peşə məsuliyyətini daha da ağırlaşdırır və motivasiyanı zəiflədir. Həkim pasiyentin qarşısında duran tərəf deyil, onun sağlamlığı uğrunda çalışan əsas tərəfdaşıdır. Qarşılıqlı hörmət, etimad və aydın ünsiyyət effektiv tibbi yardımın əsas şərtləridir".
R.Nəcəfov qeyd edib ki, tibb yalnız texniki biliklər toplusu deyil, eyni zamanda psixoloji və kommunikativ prosesdir:
"Pasiyentin özünü dinlənilmiş hiss etməsi və həkimin emosional vəziyyəti düzgün dəyərləndirməsi bu münasibətin təməlini formalaşdırır. İnsan eşidilmədiyini düşündükdə, ən düzgün izah belə təsir gücünü itirir. Empatiya və qarşılıqlı anlayış bu körpünü qurur. Səhiyyədə real irəliləyiş yalnız bu dəyərlər üzərində formalaşan etimad mühiti ilə mümkündür".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Canlı yayımda saçı qırxılan qadın: "Ərim məni şantaj etməyə başladı"
Azərbaycanda qan banklarının siyahısı yenilənib
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
-
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir
-
Tramp İranla danışıqlarda şəxsən iştirak etdiyini bildirib
-
Bakıda bu küçə təmirlə əlaqədar BAĞLANACAQ
-
Rəşad İsmayılov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri ilə görüşüb
-
Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlanıb - RƏSMİ - YENİLƏNİB













