Banzraqç: Monqolustan və Azərbaycanın Baş Prokurorluqları əməkdaşlıq istiqamətlərini müəyyən edib
Azərbaycan Baş Prokurorluğu ilə anlaşma memorandumunun imzalanması çoxtərəfli əməkdaşlığın əsasını qoyur.
"Report"un məlumatına görə, bunu bu gün Bakıda Monqolustan Baş Prokuroru Jarqalsayxan Banzraqç Milli Aviasiya Akademiyasında tələbələrlə görüşdə bəyan edib.
Onun sözlərinə görə, Bakı və Ulan-Bator cinayətkarlığın qarşısının alınmasında, çirkli pulların yuyulmasına, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq edə bilərlər: "Hesab edirik ki, bu sənəd prokurorluqlarımız arasında əməkdaşlığı, o cümlədən təcrübə mübadiləsini, qarşılıqlı səfərləri və cinayət işlərinin konkret növləri üzrə birgə fəaliyyəti genişləndirir".
J.Banzraqçın sözlərinə görə, Azərbaycan və Monqolustan son illərdə ikitərəfli əməkdaşlığı fəallaşdırıblar:
"Monqolustan və Azərbaycan xalqları ortaq tarixə və mədəniyyətə malikdirlər. 2024-cü ildə Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı zamanı iki ölkə prezidentlərinin görüşü keçirilib. Burada onlar əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Bu isə ikitərəfli münasibətlərimizin inkişafı üçün mühüm hadisə olub".
Xatırladaq ki, bu gün Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Polis Akademiyasında beynəlxalq konfrans keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
-
Martin Çunqonq "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub
-
ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Ayxan Hacızadə: Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik
-
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb













