İshaq Dar İsrailin "Qlobal Sumud Donanması"nı ələ keçirməsini qınayıb
Far.Az xəbər saytı

İshaq Dar İsrailin "Qlobal Sumud Donanması"nı ələ keçirməsini qınayıb


Pakistan Qəzza zolağına istiqamətlənən "Qlobal Sumud Donanması"nın qarşısının beynəlxalq sularda İsrail tərəfindən alınmasını qınayıb.

"Far.Az" xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkə hesabında yazıb.

"Mən beynəlxalq sularda "Qlobal Sumud Donanması"nın qanunsuz olaraq ələ keçirilməsini və gəmidəki fəalların saxlanılmasını ən kəskin şəkildə qınayıram", - o bildirib və əlavə edib ki, İsrail beynəlxalq hüququ pozub:

"Bu, Qəzza zolağına humanitar yardımın qəsdən əngəllənməsidir".

Qeyd edək ki, "Qlobal Sumud Donanması" İsrail ordusu tərəfindən aprelin 30-da saxlanılıb. İran. Türkiyə, İspaniya kimi ölkələr Təl-Əvivin bu addımını qınayıb və gəmilərdə saxlanılan vətəndaşlarının sərbəst buraxılması istiqamətində fəaliyyətə başlayıb.

İsrailin xarici işlər naziri Gideon Saar isə bildirib ki, Qəzza zolağının dəniz blokadasının yarılması və "təxribat donanması" ilə əlaqədar gəmilərin əraziyə daxil olma cəhdlərinin qarşısı alınıb.

Oxşar xəbərlər

Saar "Sumud" donanması gəmilərinin saxlanılması barədə: Qəzzanın dəniz blokadasının yarılmasına imkan verməyəcəyik - YENİLƏNİB-2
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Saar "Sumud" donanması gəmilərinin saxlanılması barədə: Qəzzanın dəniz blokadasının yarılmasına imkan verməyəcəyik
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
SOCAR-ın nəzdində Əməliyyat Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər