Rusiyanın cənub bölgələrinin hava limanları mayın 12-dək bağlı qalacaq - YENİLƏNİB
Rusiya Federasiyasının cənub bölgələrinin hava limanları, pilotsuz uçuş aparatlarının (PUA) "Cənubi Rusiyanın Aeronaviqasiyası" binasına düşməsindən sonra mayın 12-dək bağlı olacaq.
"Far.Az" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri "Rosaviasiya"nın bəyanatına istinadən xəbər verir.
Qurumda eyni zamanda qeyd ediblər ki, müvafiq sərəncam daha tez ləğv edilə bilər.
"Rosaviasiyanın əvvəllər buraxdığı cənub hava limanlarına uçuşların mayın 12-dək dayandırılması barədə sənəd (NOTAM) müddətin qısaldılması istiqamətində yenidən nəzərdən keçirilə bilər" - bəyanatda qeyd olunub.
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatının (PUA) "Aeronaviqasiya"nın inzibati binasına düşməsi səbəbindən Rusiyanın cənubundakı 13 hava limanının fəaliyyəti dayandırılıb.
"Far.Az" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri RF Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Rusiyanın cənubunda hava hərəkətini idarə edən Rostovdakı regional mərkəzin fəaliyyəti Ukrayna PUA-larının "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının inzibati binasına düşməsi səbəbindən müvəqqəti olaraq tənzimlənib", - məlumatda deyilir.
Məlumata görə, "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının heyəti təhlükəsiz yerdədir. Hazırda avadanlığın işləmə qabiliyyətinin təhlili aparılır.
Oxşar xəbərlər
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Bakıda avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
"Yuxa" restoranının fəaliyyəti dayandırılıb
"Səbinə" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR
-
"Fox News": ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirib













