Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu
Far.Az xəbər saytı

Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu


Azərbaycan kikboksçusu Eduard Məmmədov Şimali Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatında iki qızıl medal qazanıb.

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin (DİN İC) İdman-təlim şöbəsinin rəisi, polis polkovniki Eduard Məmmədov WAKO versiyası üzrə qitə birinciliyində "Master Class" kateqoriyasında 63 kiloqram çəkidə mübarizə aparıb.

O, "Light Contact" və "Kick Light" versiyalarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Light Contact" üzrə İtaliya təmsilçisi Alessandro La Mantia və Portuqaliya idmançısı Emanuel Kortes üzərində qələbə qazanan idmançımız "Kick Light" yarışında isə Macarıstan təmsilçisi Marton Hasz və Alessandro La Mantianı məğlub edib.

Beləliklə, iki qızıl medal qazanan təcrübəli idmançı karyerasında 13-cü dəfə Avropa çempionu olub.

Oxşar xəbərlər

Bu gün Eduard Məmmədovun doğum günüdür
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Şimali Makedoniyada iki qızıl medal qazanan Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər