Simsiz qulaqlıqlardan niyə "tok" vurur?
Far.Az xəbər saytı

Simsiz qulaqlıqlardan niyə "tok" vurur?


Texnologiya üzrə mütəxəssislər bildirirlər ki, simsiz qulaqlıqlar istifadə zamanı statik elektrik toplaya və insan dərisinə toxunduqda qəfil boşalma yarada bilər. Bu hal sağlamlıq üçün ciddi təhlükə hesab olunmasa da, istifadəçidə xoşagəlməz hiss və yüngül elektrik zərbəsi effekti yarada bilir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə qulaqcıqlar uzun müddət istifadə olunduqda və hava quru olduqda statik elektrik daha sürətlə yığılır.

Ekspertlər qeyd edirlər ki, belə halların qarşısını almaq üçün otaqdakı rütubət səviyyəsini artırmaq faydalıdır. Bunun üçün nəmləndirici cihazlardan və ya kondisionerlərdən istifadə tövsiyə olunur.

Bundan başqa, bəzi istifadəçilər üçün antistatik spreylər və quru dəriyə qarşı xüsusi losyonlar da effektiv həll yolu ola bilər. Bundan əlavə, iş və yaşayış məkanlarında antistatik örtüklərdən istifadə statik yüklənməni azaltmağa kömək edir.

Mütəxəssislər həmçinin geyim seçiminin də vacib olduğunu bildirirlər. Sintetik materiallardan hazırlanmış geyimlər statik elektrik yaranmasını artırdığı üçün pambıq və digər təbii parçalara üstünlük verilməsi məsləhət görülür. Risk xüsusilə qış aylarında artır, çünki bu dövrdə havadakı nəmlik səviyyəsi aşağı olur.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər