DTX-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Far.Az xəbər saytı

DTX-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş respublika elmi-praktiki konfransı keçirilib.

Far.Az xəbər verir ki, DTX-nin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə baş tutan tədbir "Heydər Əliyev və Azərbaycan Respublikasının dayanıqlı inkişaf strategiyası" mövzusuna həsr olunub. Konfransda DTX-nin məsul əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbərləri, professor-müəllim heyəti, təhlükəsizlik orqanlarının veteranları və Akademiyanın kursantları iştirak ediblər.

Akademiyanın rəisi, general-mayor Elşad Nəsirov ulu öndərin müasir Azərbaycanın inkişafındakı müstəsna rolundan danışıb. O bildirib ki, ölkənin dayanıqlı inkişaf strategiyası məhz əbədiyaşar lider Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməllər üzərində qurulub və bu xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Milli Məclisin sədr müavini, professor Ziyafət Əsgərov Heydər Əliyevi milli dövlətçilik ideologiyasının banisi və xalqın xilaskarı kimi xarakterizə edib. O, ulu öndərin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olmaq təhlükəsinin qarşısının alındığını və milli birliyin bərpa edildiyini diqqətə çatdırıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə qeyd edib ki, Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasını dövlətçilik siyasətinin prioritet istiqaməti hesab edirdi. O, Azərbaycan dilinin dövlət dili kimi inkişafını strateji hədəf seçərək milli ədəbiyyatın və incəsənətin tərəqqisinə xüsusi qayğı göstərib.

Tədbirdə çıxış edən bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BDU-nun professoru Ramiz Sevdimalıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və deputat Elman Nəsirov Azərbaycanın iqtisadi gücünün artmasından, qeyri-neft sektorundakı irəliləyişlərdən və ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsindən bəhs ediblər.

Konfrans ulu öndərə həsr olunmuş videoçarxın nümayişi və bölmə iclasları ilə işini davam etdirib.

DTX-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər