Azərbaycanda əcnəbilərlə nikahların sayı azalıb - İlk 4 ölkə
Far.Az xəbər saytı

Azərbaycanda əcnəbilərlə nikahların sayı azalıb - İlk 4 ölkə


Bu ilin ilk 3 ayında 383 Azərbaycan vətəndaşı xarici ölkə vətəndaşları ilə ailə həyatı qurub.

Far.Az xəbər verir ki, bu barədə Modern.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının qeydiyyat orqanları - qeydiyyat şöbələri, icra hakimiyyətlərinin nümayəndəlikləri və Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib.

Həmin şəxslərdən 183-ü qadın, 200-ü isə kişidir.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin ilk 3 ayı ərzində isə bu cür nikahların sayı 483 olub.

"Nikah bağlanan əcnəbilər arasında daha çox Türkiyə, Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları üstünlük təşkil edir", - deyə rəsmi məlumatda vurğulanıb.

Rəsmi statistikadan görünür ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərlə bağlanılan nikahların sayı azalıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şou-biznesin xoşbəxt ailə həyatı olan məşhurları - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər