Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Ukraynanın paytaxtı Kiyevdə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivi, diaspora fəalları Kiyevdəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Sonra Kiyevdə Azərbaycan-Ukrayna Dostluq Xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib. Səfirliyin və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivi, Kiyev şəhər Şurasının deputatları, Kiyev şəhər meriyasının rəsmiləri də iştirak ediblər.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır.
"Bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişafda olan, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın inkişafında yeni mərhələ açılıb", - deyə səfir əlavə edib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub
-
Niderland "MV Hondius" gəmisinin sərnişinlərinə karantin rejimi tətbiq edəcək
-
Bakıda keçiriləcək UFC turnirinin biletləri mayın 15-də satışa çıxarılacaq
-
Nazilə Salmanova instituta direktor TƏYİN OLUNDU
-
UFC Bakı turnirinin bilet satışı mayın 15-də başlayacaq
-
HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası













