Cəbrayılın Şükürbəyli kəndinə 2522 nəfərin köçürülməsi nəzərdə tutulur
Far.Az xəbər saytı

Cəbrayılın Şükürbəyli kəndinə 2522 nəfərin köçürülməsi nəzərdə tutulur


Cəbrayıl rayonun Şükürbəyli kəndinə ümumilikdə 2 522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olarkən məlumat verilib.

Qeyd olunub ki, kəndə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi planlaşdırılır.

İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür. Evlər 2, 3, 4 və 5 otaqlıdır.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - YENİLƏNİB
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər