Cüdo üzrə Avropa Kuboku: Azərbaycan ikinci pillədə qərarlaşıb
Far.Az xəbər saytı

Cüdo üzrə Avropa Kuboku: Azərbaycan ikinci pillədə qərarlaşıb


Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürüb.

"Report" xəbər verir ki, ilk yarış günündə milli komandamız bir qızıl, bir gümüş və üç bürünc olmaqla, ümumilikdə beş medal qazanıb.

Mükafatların üçü 66 kq çəki dərəcəsində əldə olunub. İslam Rəhimov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Elşən Əsədov ikinci yeri tutaraq gümüş, Nizami İmranov isə bürünc medala sahib çıxıb. Digər bürünc medallara Babarəhim Mirzəyev (60 kq) və Rüfət Şövlətov (73 kq) yiyələniblər.

Sabah başa çatacaq beynəlxalq turnirdə Azərbaycan 18 ölkə arasında ikinci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər