Bakıda DƏHŞƏT - Motosikletçi piyada keçidinin sütununa çırpılıb ÖLDÜ - ANBAAN VİDEO
Mayın 10-u saat 06 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, 8 Noyabr prospektində hərəkətdə olan 99-M-279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.
Qeyd olunub ki, yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
"Görüntülər bir daha deməyə əsas verir ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına əməl olunması vəziyyəti qənaətbəxş deyil.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
Kərkicahan sakini: Xankəndidə WUF13-ün keçirilməsini qürurla qeyd edirik
-
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB













