Nazir müavini: "Qafqaz və Balkan ölkələri əməkdaşlıq qabiliyyətlərindən daha çox istifadə etməlidir"
Qafqaz və Balkan ölkələri müxtəlif dillərdə danışmaqlarına, müxtəlif mədəniyyətləri anlamalarına və məhdud resurslara baxmayaraq, əməkdaşlıq yolu tapmaq qabiliyyətlərindən daha çox istifadə etməlidirlər.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Belqrad Enerji Forumunda "Cənub-Şərqi Avropada enerji keçidinin təmin edilməsi: əməkdaşlıq, dayanıqlılıq, liderlik" mövzulu panel sessiyasında bildirib.
O qeyd edib ki, Balkan ölkələri və Qafqaz ölkələri arasında oxşarlıqlar çoxdur: "Təəssüf ki, bu oxşarlıqlar bir çox hallarda münaqişələrə, qanlı proseslərlə bağlıdır. Çünki hər iki region böyük güclərlə əhatə olunmuş mürəkkəb məkandır. Amma eyni zamanda Azərbaycan cəsarətli və tanınan bir ölkədir. Biz müxtəlif mədəniyyətləri bilirik, fərqli dilləri anlayırıq və güclü aktorlarla işləməyi bacarırıq. Bunu ona görə xüsusi qeyd edirəm ki, buradan çıxarılmalı dərslər var. Azərbaycan bu mədəni və dil yaxınlıqlarından istifadə edərək regional koalisiya yaratmağı bacarıb. Eyni zamanda biz çətin dövrdə regional böyük oyunçu olan Türkiyənin dəstəyini qazanmışıq. Uğurlu əməkdaşlıqlar qurmasaydıq, hazırkı layihələri həyata keçirmək mümkün olmazdı. Biz bu kimi yaxşı nümunələri bir-birimizdən öyrənməliyik".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
-
Kərkicahan sakini: Xankəndidə WUF13-ün keçirilməsini qürurla qeyd edirik
-
Ağ Ev: Trampla birlikdə Çinə iri biznes nümayəndə heyəti gedəcək
-
Prezidentin Zəngilan sakinləri ilə səmimi anları













