Vaşinqtonda Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri təşkil edilib
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin, ABŞ-Azərbaycan Ticarət Palatasının və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçığı ilə Vaşinqtonda ABŞ hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların əməkdaşları və gənc şahmatçılar arasında şahmat turniri keçirilib.
Səfirlikdən "Report"a verilən məlumata görə, turnir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümünə və ABŞ-nin yaranmasının 250 illiyinə həsr edilib.
Yeddi raunddan ibarət yarışın nəticələrinə əsasən, nigeriyalı şahmatçı Oladapo Olutola birinci, Qreq Delia ikinci, Harisson Beyker isə üçüncü yeri tutub.
Turnirdən sonra rəsmi bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim bildirib ki, bu turnir əslində məğlubiyyət yarışı deyil, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin ehtiramla yad edildiyi, dostluğun, eləcə də ABŞ-Azərbaycan münasibətlərinin qalib gəldiyi bir tədbirdir.
Səfir qeyd edib ki, "əslində, turnirin keçirildiyi məkan məhz Heydər Əliyev tərəfindən təsis edilib. Ulu Öndər sözün əsl mənasında ABŞ-Azərbaycan münasibətlərinin qurucusudur. O, şahmata böyük maraq göstərirdi və onun diqqət və qayğısı nəticəsində Azərbaycanın çoxsaylı şahmat çempionları oldu. Biz Heydər Əliyevin xatirəsini daim ehtiramla yad edirik",- deyə səfir bildirib.
Səfir Xəzər İbrahim turnirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib. Daha sonra iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Tədbirin sonunda ABŞ Dövlət Departamentinin baş müşaviri və turnirin iştirakçısı Conatan Askonasa ABŞ-nin 250 illiyi münasibətilə Azərbaycan Şahmat Federasiyası tərəfindən hazırlanmış xüsusi şahmat hədiyyəsi təqdim edilib.
C. Askonas yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, tədbirin iki ölkə arasında tarixi münasibətlərin qeyd olunması baxımından əhəmiyyətli bir platforma olduğunu bildirib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Azərbaycan Kuboku: Cari mövsümdə tamaşaçı sayı son 10 ilin ən yüksək göstəricisi kimi yadda qalıb
-
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb













