Sunniya Durrani-Camal: "Azərbaycan ADB-dən dəniz külək enerjisinin inkişafına dəstək istəyib"
Azərbaycan dəniz (ofşor) külək enerjisi infrastrukturunun formalaşdırılmasına dəstək göstərilməsi üçün Asiya İnkişaf Bankına (ADB) sorğu göndərib.
Bu barədə ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal ADB-nin Rəhbərlər Şurasının Səmərqənddə keçirilən 59-cu illik iclası çərçivəsində bankın Mərkəzi və Qərbi Asiyada fəaliyyətinə həsr olunmuş mətbuat konfransında "Report"un müxbirinin sualını cavablandırarkən bildirib.
S.Durrani-Camal qeyd edib ki, bərpa olunan enerji mənbələri bu gün Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi kontekstində ölkənin enerji portfelinin əhəmiyyətli tərkib hissəsinə çevrilib.
"Bu, özəl sektorun inkişafı baxımından bizim üçün xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Hazırda biz günəş enerjisi istehsalı sahəsində üç layihə həyata keçirmişik, indi isə külək enerjisi istiqamətinin irəli aparılmasında hökuməti dəstəkləmək niyyətindəyik. Məndə olan məlumata görə, hazırda külək enerjisi sahəsində potensial qiymətləndirilir və bizə dənizdəki külək enerjisi üçün infrastrukturun yaradılmasına dəstəyin göstərilməsi ilə bağlı sorğu daxil olub.
Eyni zamanda, qonşu dövlətlərə, xüsusilə Gürcüstana diqqət yetirməklə, hidrogen istiqamətini araşdırırıq. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda bu sektorda çox aktiv fəaliyyət göstərir, buna görə də bu, Xəzər və Qara dəniz kabel marşrutları vasitəsilə nəql oluna biləcək daha bir perspektiv resursdur", - ADB nümayəndəliyinin rəhbəri bəyan edib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













