Metroda YENİLİK! Boş vaqonları öncədən GÖRƏCƏKSİNİZ
Far.Az xəbər saytı

Metroda YENİLİK! Boş vaqonları öncədən GÖRƏCƏKSİNİZ


"Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb".

Far.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov "Trend"ə və "Azad Azərbaycan" televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, qatar platformaya yaxınlaşarkən sərnişin qabaqcadan biləcək ki, qatarın hansı vaqonu nisbətən boşdur.

"Hazırda "AYNA MaaS" proqram təminatında Bakı Metropoliteninin qatar intervalları göstərilir. Sərnişinlər həmin proqram vasitəsilə A nöqtəsindən B nöqtəsinə getmək üçün mikrohərəkətlilik, avtobus və metro xidmətlərindən birgə istifadə edə bilərlər. Bu məlumatlar "Google Maps"ə də inteqrasiya olunub. Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb; hazırda test rejimini davam etdiririk. Qatar platformaya yaxınlaşarkən sərnişin qabaqcadan biləcək ki, qatardakı beş vaqondan hansı nisbətən boşdur. Hal-hazırda əsas problem sərnişinlərin platformada qeyri-bərabər paylanmasıdır - nəticədə qatarın bəzi vaqonlarında sıxlıq olur, bəziləri isə yarıboş qalır. Bu məlumatı həm elektron tabloda, həm də mobil tətbiqdə əks etdirməyi planlaşdırırıq. Dördüncü nəsil qatarlarımızda bu həll hazır olacaq; üçüncü nəsil vaqonlar üçün isə əlavə avadanlıq quraşdırmaq lazım gəlir".

Oxşar xəbərlər

FHN metroda təlim keçirib
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Azərbaycan Prezidenti Davosda "Euronews" televiziyasına müsahibə verib
Google Maps-dən Bakı ilə bağlı YENİLİK

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər