"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin medalçıları mükafatlandırılıb
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin medalçıları mükafatlandırıb.
"Far.Az"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirak ediblər.
Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsaya qızıl, belçikalı Dyupon Timotiyə ("Tarteletto-İsorex") gümüş, ekvadorlu Pita Kristian Davidə ("Roojai İnsurance Winspace") bürünc medal təqdim olunub.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi Xankəndi şəhərində baş tutacaq.
Oxşar xəbərlər
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













